
Neftçi - Varqas dramı
"Neftçi"də Freddi Varqas müəmması davam edir. "Ağ qaralar" müqavilə ilə "Makkabi"yə məxsus olan venesuelalı legionerin qalmasını israrla istəyir. Bundan məlumatlı olan İsrail klubu yaxşı qazanc əldə etmək fikrinə düşüb. Əbəs deyil ki, ötən ilin yayında xidmətində maraqlı olmadıqları Varqasdan bu gün milyonlar qazanmaq istəyirlər.
Halbuki mövsümün gedişində tərəflər arasındakı ilkin danışıqda maksimum 400-500 min manat təzminat haqqı nəzərdə tutulub. İndi isə qarşı tərəf "Neftçi"dən 1-1.5 milyon manat arasında təzminat tələb edir. Bu da Bakı klubunu ciddi-ciddi düşündürür.
Axı Varqasın təkcə təzminatına milyondan artıq xərcləməyə dəyərmi? Şəxsən mənə görə də riskli qərardır. "Neftçi" rəhbərliyinə haqq verməmək olmur. Ən azı bir müddət danışıqları uzatmaq, alternativlərə göz atmaq lazımdır. Bazarda milyon xərcləmədən də yeni varqaslar tapmaq olar. "Makkabi" endirim etməsə, bakılılar ən son variant olaraq bu futbolçuya dönüş etməyi düşünür.
Əlaqəli Xəbərlər
FutbolZirənin rəqibi
Bu gün 2026-27 mövsümü üzrə UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin püşkü atıldı. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başladı. Azərbaycanı Konfrans Liqasında "Zirə" təmsil edir. Səp
39 gün əvvəl
FutbolReşfordun taleyi
“Barselona”nın ingiltərəli hücumçu Markus Reşford ilə bağlı planı barədə məlumatlar açıqlandı. Kataloniya klubu, Reşfordun satınalma opsiyasından istifadə etməyəcək. Bu opsiya 5 gün ərzində 30 milyon
44 gün əvvəl
FutbolQarabağın gələcəyi
Azərbaycan futbolunda mövsümün sonunda "Qarabağ" komandası növbəti mövsümün planlarını hazırlayır. Lakin, mövsümün sonunda 4 futbolçu - Sami Mmaee, Emmanuel Addai, Ramil Şeydayev və Toral Bayramovla y
45 gün əvvəl
FutbolYeni texniki direktor
İyunun 16-da AFFA-da önemli hadisə baş verəcək. Həmin gün təşkilatın yeni texniki direktorunun təqdimatı keçiriləcək. Bu vəzifəyə Edmond Oskar Klaus təyin olunacaq. Niderlandlı mütəxəssislə uzunmü
45 gün əvvəl